Krivotsyuk darmadağını kənardan izlədi

23.07.2022 09:00 382
Premyer-liqa
Polşa çempionatında 2-ci turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Varta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

Krivotsyuk görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Visla” 2 turdan sonra 6 xalla 18 iştirakçı arasında liderdi.