Asensio “El Klasiko”da oynaya bilməyəcək

3.10.2026 22:56 54
Dünya futbolu
“Real”ın zədəli futbolçularının səhhəti ilə bağlı növbəti xəbər yayılıb. Onlardan biri hələ bir müddət yaşıl meydanlarda görünməyəcək.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Raul Asensio zədə səbəbindən komandasının növbəti oyunlarında iştirak edə bilməyəcək. Futbolçunun sağ ayağında sınıq aşkarlanıb. Raul oktyabrın 1-də əməliyyat olunacaq. Qeyd edək ki, Asensio bu zədə səbəbindən yanvardan, yəni təxminən 9 aydı əziyyət çəkir. O, milli komandaların oyunları üçün yaranan üç həftəlik fasilədə zədəni konservativ müalicə ilə sağaltmağa çalışsa da, bu üsul nəticə verməyib.

Ondan fərqli Kilian Mbappe, İbrahima Konate və Federiko Valverdenin “Barselona” ilə keçiriləcək “El Klasiko”ya qədər hazır olması gözlənilir.

Xatırladaq ki, Mbappe sentyabrın 25-də Fransa yığmasının Türkiyə ilə keçirdiyi oyununda (1:0) dizindən zədələnib. Konate ötən həftə məşq zamanı dizindən, Valverde isə beynəlxalq fasilədən əvvəl “Atletiko” ilə Madrid derbisində (1:2) topuğundan zədə alıb. “El Klasiko” oktyabrın 25-də keçiriləcək.