Onlar “El Klasiko”da oynaya biləcəklər?

1.10.2026 15:37 27
Dünya futbolu
“Real”ın zədəli futbolçularının səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, Kilian Mbappe, İbrahima Konate və Federiko Valverdenin “Barselona” ilə keçiriləcək “El Klasiko”ya qədər hazır olması gözlənilir.

Xatırladaq ki, Mbappe sentyabrın 25-də Fransa yığmasının Türkiyə ilə oyununda (1:0) dizindən zədələnib.

Konate ötən həftə məşq zamanı dizindən, Valverde isə beynəlxalq fasilədən əvvəl “Atletiko” ilə Madrid derbisində (1:2) topuğundan zədə alıb.

“El Klasiko” oktyabrın 25-də keçiriləcək.