Messinin vida oyununda iştirak edə bilməyəcəklər

3.10.2026 16:26 36
Dünya futbolu
Bilindiyi kimi, bir neçə gündən sonra Lionel Messi rəsmən milli forma ilə vidalaşacaq. Dünya şöhrətli futbolçu oktyabrın 6-da Argentina yığmasında sonuncu oyununu keçirəcək.

Milli komandanın baş məşqçisi Lionel Skaloni Messinin yığmaya nə vaxt qoşulacağını açıqlayıb.

“Diario Sport”un məlumatına görə, Skaloni Messinin Burkina Faso ilə yoxlama oyunundan sonra, həftənin sonunda ABŞ-dən Argentinaya gələcəyini bildirib. Lakin “İnter Mayami”nin ulduz futbolçusu oktyabrın 3-də meydana çıxmaq istəsə, bunun da mümkün olduğunu qeyd edib.

Sentyabrın 30-da Boliviyaya 4:0 hesabıyla qalib gələn Argentina oktyabrın 3-də Burkina Faso, oktyabrın 6-da isə Beninlə qarşılaşacaq. Beninlə matçın Messinin milli komandadakı sonuncu oyunu olacağı və həmin matçda kapitan sarğısını da onun daşıyacağı bildirilir. Buenos Ayresdə keçiriləcək oyunda ev sahiblərinin yığmada 207 oyuna 125 qol vuran Messinin şərəfinə hazırlanan xüsusi formada çıxış edəcəyini də bildirək.

Yeri gəlmişkən, iki argentinalı səbəbkarın vida oyununda iştirak edə bilməyəcək. “Roma” Paulo Dibala ilə Nahuel Molinanın Argentina millisinin Beninlə keçirəcəyi yoldaşlıq oyununda iştirakına icazə verməyib. İtaliya klubunun yaydığı bəyanatda qərarın idman və logistika səbəbləri ilə bağlı olduğu bildirilib. Qitələrarası səfərin uzunluğu və klubun qarşıdakı oyunlarının yaxınlığı nəzərə alınıb. Klubun açıqlamasında hər iki futbolçunun Messi ilə yaxın münasibəti qeyd edilib, onunla birlikdə 2022-ci ildə dünya çempionu olduğu da vurğulanıb:

“Roma” Lionel Messiyə və onun möhtəşəm karyerasına böyük hörmətlə yanaşır, ona və Argentina Futbol Assosiasiyasına xüsusi bir axşam arzulayır”.