O, topuq bağındakı zədə səbəbindən komandanın ən azı iki matçını buraxacaq.
ESPN-in xəbərinə görə, bu barədə baş məşqçi Xerardo Martino açıqlama verib. Argentinalı futbolçu Amerika Kubokunun Kolumbiya ilə final oyununda (1:0) zədələnmişdi. Lionel matçın 66-cı dəqiqəsində əvəzlənmişdi.
Martino onunla bağlı belə deyib:
“O, daha geniş müayinədən keçməlidi. Artıq şəkillərə baxmaq imkanım olub. Vəziyyətin ciddiliyini müəyyən etmək üçün testlər keçirməyi planlaşdırırıq. Milli komandanın həkimindən daim məlumat alırıq. O, geniş müayinənin nəticələrini almamışdan əvvəl çox diqqətlə diaqnoz qoyur”.






