Milli formada sonuncu oyununa çıxacaq

23.09.2026 11:13 45
Dünya futbolu
Edin Ceko beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu Bosniya və Hersoqovina yığmasındakı çıxışını dayandıracağını sosial şəbəkə hesabı vasitəsilə xəbər verib. “Şalke-04”ün 40 yaşlı hücumçusu milli formada sonuncu dəfə Millətlər Liqasının oktyabrın 2-nə təyin olunan İsveçlə oyununda meydana çıxacaq.

Edin indiyədək yığmada 151 oyun keçirib və 73 qol vurub. O, 2014 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında iştirak edib.