Milli komandada istefa

26.06.2023 20:52 236
Dünya futbolu
Bosniya və Hersoqovina yığmasının baş məşqçisi Faruk Hacibeqiç istefaya göndərilib.

“Football-plus.az” xəbər verir ki, Bosniya və Hersoqovina Futbol Federasiyasının məlumatında onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Hacibeqiç komandanı bu ilin yanvarından çalışdırırdı. Onun istefasına yığmanın AÇ-2024-ün seçmə mərhələsinin son 3 oyununda uduzması səbəb olub.

Xatırladaq ki, milli komanda Lüksemburq və Slovakiyaya 0:2, Portuqaliyaya 0:3 hesabıyla məğlub olub.