İngiltərəli ulduzdan etiraf: ''Barsa''ya keçdikdən sonra mənə baxış tərzi dəyişdi''

2.10.2026 16:41 54
Dünya futbolu
Bu yay 80 milyon avroya ''Nyukasl''dan ''Barselona''ya transfer olunan İngiltərə yığmasının üzvü Entoni Qordon oyun tərzi və özəllikləri ilə bağlı maraqlı açıqlamalar verib.

DÇ-2026-da öz oyunu ilə diqqət çəkən, son olaraq Millətlər Liqasında Çexiya ilə qarşılaşmada qələbə qolunu vuran Qordon bunları deyib:

''Məncə, ''Barselona''ya transferimdən sonra insanların mənə baxış tərzi dəyişdi. Düzdü, İngiltərədə insanlar mənim sürətimə və pressinq bacarığıma hörmətlə yanaşırdı. Amma istedadıma və oyun zəkama yetərli qədər qiymət verilmirdi. Yalnız mənimlə birlikdə oynayanlar bu keyfiyyətlərimin fərqinə varırdı. Artıq ''Barselona''dayam və fərqli cür oynayıram. Bəzi özəlliklərim daha yaxşı gözə batmağa başlayır. İnsanlar da mənim təkcə sürətli futbolçu olmadığımı anlamağa başlayıb. İngiltərədə mən yalnız sürətli və aqressiv oyunçu kimi tanınırdım. İspanlar isə oyun zəkama və istedadıma da dəyər verir. Çünki ''Barselona''da texnikasız və zəkasız futbolçu dərhal gözə batır. Bəzən layiq olduğun dəyəri görmək üçün ayrılmalı olursan. Mən də məhz bunu istəyirdim. Premyer-liqadan ayrılmaq, yeni təcrübə yaşamaq və başqa özəlliklərə malik olduğumu göstərmək istəyirdim. Çünki insanların düşündüyündən daha artığını edə biləcəyimi hiss edirdim. Bunu da dünyanın ən önəmli klublarından birində sübut etmək istədim''.