"Football-plus.az" xəbər verir ki, o bu xəbəri sosial şəbəkədə yaydığı videoda açıqlayıb:
“Təəssüf hissi ilə bildirirəm ki, bu il Pekində oynaya bilməyəcəm. Dizimin vəziyyəti istədiyim qədər yaxşı deyil. Hələ ki yarışmağa hazır deyiləm, ancaq tezliklə korta qayıtmaq üçün mümkün olan hər şeyi edirəm. Hər şeydən çox yarış atmosferi və azarkeşlər üçün darıxıram. Son illərdə Pekində çıxış etmək, titul qazanmaq möhtəşəm idi. Bu il titulu qorumaq imkanım olmayacağına görə məyusam, ancaq gələn il sevinc hissi ilə qayıdacam. Hər kəsə uğurlu turnir arzulayıram”.
Xatırladaq ki, 25 yaşlı italiyalı iyuldan – “Uimbldon”dakı qələbədən bəri turnirlərdə iştirak etmir. O, diz zədəsi üzündən ABŞ Açıq Çempionatını və başqa yarışları buraxıb.






