21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Kilmarnok şəhərində, Bakı vaxtı ilə saat 22.30-da start götürəcək.
U-21-lər arasında Avropa çempionatının seçmə oyunu
B qrupu, 11-ci tur
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2
Barnabi Stüart, 24; 26. Ceyms Uilson, 29. Tayler Fletçer, 60. Bobbi Uels, 81 - Nəriman Axundzadə, 21. Raul Məmmədov, 70
Hakimlər: MATİAS ŞTÖFRİNQHAUQ, Erland Hareland, Edvard Helqerud, Məhəmməd Usman Aslam (hamısı Norveç).
Xatırladaq ki, millimiz 8 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 11 xalla dördüncü pillədə qərarlaşıb.
Milli Şotlandiyada darmadağın oldu - YENİLƏNİB
Ölkə futbolu





