Millimiz seçmə mərhələdə ikinci oyununu keçirəcək - AÇ

30.11.2025 11:29 8
İdman
Kişilərdən ibarət basketbol millimiz 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gələcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 18.00-da start götürəcək.

Xatırladaq ki, milli ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.