“Barselona”nın oyunçusu sıradan çıxdı

30.09.2026 22:44 9
Dünya futbolu
Rafinya sıradan çıxıb. “Barselona”nın hücumçusu Braziliya yığmasının Avstraliya ilə yoldaşlıq oyununda (4:2) zədələnib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı futbolçu sağ bud nahiyəsində narahatlıq hiss edib. Bu səbəbdən baş məşqçi Karlo Ançelotti onu fasilədə əvəzləməli olub. Rafinya ilk hissənin sonunda penaltidən komandasının 2-ci qolunu vurub.

Rafinyanın yaşıl meydana nə vaxt qayıdacağı hələlik məlum deyil. Yeri gəlmişkən, o, 2026/27 mövsümündə klub və milli komandada keçirdiyi 10 oyunda 15 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.