Yenidən sıradan çıxdı

6.09.2026 16:13 2
Dünya futbolu
“Santos”un hücumçusu Neymar yenidən zədələnib.

“Football-plus.az” xəbər verir ki, O, Braziliya kubokunun 1/4 finalının “Palmeyras”la cavab matçında (0:0) ayağında ağrı hiss edib və birinci hissədən sonra əvəzlənib. Klubu 34 yaşlı futbolçunun müayinədən keçdiyini və onun sağ bud nahiyəsində əzələ zədəsi aşkarlandığını açıqlayıb. “Globo”nun məlumatına görə, bu tip zədədən sonra bərpa müddəti təxminən 4-8 həftə çəkir.
Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.