“Barselona”da növbəti itkilər

28.09.2025 20:49 8
Dünya futbolu
“Barselona” növbəti itkilərlə üzləşib. İspaniya klubunun daha iki oyunçusu sıradan çıxıb.

İspaniya çempionatının “Ovyedo” ilə oyununda (3:1) Rafinya zədələnib. Cinah hücumçusunun əzələ zədəsinə görə oktyabrın ortalarına qədər oynamayacağı açıqlanıb. Cümə günü səhər saatlarında keçirilən məşqdə isə əsas qapıçı Xoan Qarsiya sıradan çıxıb. Onun da əzələsində problem aşkarlanıb. Qapıçı da təxminən üç həftə komandaya kömək edə bilməyəcək.

Bu o deməkdi ki, Rafinya ilə Qarsiya La Liqada “Real Sosyedad” və “Sevilya”, Çempionlar Liqasında isə PSJ-yə qarşı oyunları buraxacaqlar. Yeri gəlmişkən, “Barselona”nın digər oyunçularından Lamin Yamal, Qavi və Fermin Lopes də zədəlidi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul