“Mançester Siti”nin yetirməsi Kortni Mappen-Uolter vəfat edib.
"Football-plus.az" xəbər verir ki, 32 yaşlı futbolçunun ölüm səbəbi və şəraiti barədə məlumat verilməyib. Kortni vaxtilə İngiltərə U-18 yığmasının kapitanı olub. O, iki dəfə Çempionlar Liqasının oyunları üçün MS-nin əsas komandasına cəlb edilib, lakin meydana çıxmayıb.
Mappen-Uolterin karyerası 2013-cü ildə, 18 yaşında törətdiyi ölümcül yol qəzasından sonra yarıda qalıb. O, bu hadisəyə görə 16 ay müddətinə həbs edilib. Azadlığa çıxdıqdan sonra aşağı liqa klublarında çıxış edən futbolçunun sonuncu klubu “Beri” olub. Onun 2025-ci ilin yayından peşəkar müqaviləsi olmayıb.
MS-nin keçmiş oyunçusunun ölüm səbəbi nədi?
Dünya futbolu






