Devid Bekhem qazancını ildən-ilə artırır. O, bir ilə yaxın müddətdə reklam müqavilələrindən 44 milyon avro qazanıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi və “İnter Mayami”nin həmsahibi DÇ-2026 ərəfəsində bağladığı bir sıra sərfəli reklam müqavilələri sayəsində 38 milyon funt sterlinq (təxminən 44 milyon avro) əldə edib.
Bekhem bu məbləği öz brendini idarə edən şirkətdən dividend şəklində alıb. O, 2022-ci ildə şirkətdəki 55 faizlik payını satıb və 45 faiz payını özündə saxlayıb. Şirkətin son maliyyə göstəricilərinə əsasən, 2025-ci ildə onun mənfəəti 50 milyon funt sterlinq təşkil edib.
“The Telegraph”ın məlumatında o da qeyd olunur ki, Bekhem DÇ-2026-nın gedişində 12 reklam kampaniyasında iştirak edib.
Bekhem bir ildə nə qədər irəli düşüb?
Dünya futbolu




