Bekhem daha bir malikanə alacaq

13.10.2024 10:09 274
Dünya futbolu
İngiltərə yığmasının sabiq kapitanı və ABŞ-nin MLS liqası təmsilçisi "İnter Mayami"nin sahibi Devid Bekhem Mayamidə 80 milyon dollara malikanə alacaq.

Bu haqda "The Real Deal" məlumat yayıb. 2020-ci ildən etibarən Bekhem ailəsi Mayaminin mərkəzində bir binanın bütün mərtəbəsini tutan mənzillərə də sahibdi. Ailə bunun üçün təxminən 20 milyon dollar ödəyib.

Qeyd edək ki, "İnter Mayami" MLS-də mövsümün bitməsinə iki tur qalmış çempion olub.