Kərim Benzema ilə “Nike” arasında əməkdaşlıq baş tutmayıb. ABŞ şirkəti ulduz futbolçu ilə planlaşdırılan reklam çəkilişini ləğv edib.
"Football-plus.az" xəbər verir ki, “The Athletic”in məlumatına görə, çəkiliş sentyabrın 24-də Londonda “Nike” və “Corteiz”in birgə kampaniyası çərçivəsində keçirilməli idi. Lakin şirkət çərşənbə axşamı Benzemanın nümayəndələrinə layihənin ləğv edildiyini bildirib.
İddiaya görə, “Nike” rəhbərliyi futbolçunun ictimai keçmişini araşdırdıqdan sonra onun brendin dəyərlərinə uyğun olmadığı qənaətinə gəlib.
Xatırladaq ki, Benzema 2021-ci ildə Matye Valbuena ilə bağlı şantaj cəhdində təqsirli bilinərək bir il şərti həbs və cərimə cəzası alıb. Fransalı futbolçu isə təqsirini qəbul etməyib.
Qeyd edək ki, Kərim 2007-ci ildən “Adidas”la əməkdaşlıq edib. Almaniya şirkəti ilə müqavilənin müddəti başa çatdıqdan sonra onun nümayəndələri “Nike”la danışıqlara başlayıb, lakin şirkət bir neçə günlük araşdırmadan sonra futbolçu ilə geniş əməkdaşlıq planlarının olduğunu təkzib edib.
Benzemanın işi niyə düyünə düşdü?
Dünya futbolu






