AFFA tərəfindən Peşəkar Futbol Liqasına 300 ədəd top verilib.
Qurumun rəsmi saytının məlumatına görə, onlar premyer-liqada və 1-ci divizionda çıxış edən klubların istifadəsi üçündü. Bu addım AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində atılıb.
Xatırladaq ki, mövcud əməkdaşlıq çərçivəsində bu mövsümün startından öncə və daha əvvəlki iki mövsümdə klublara “Nike” topları təqdim olunmuşdu.