UEFA “Feyenoord”a sanksiya tətiq edib.
"Football-plus.az" xəbər verir ki, qitə futbol təşkilatı Rotterdam klubunu azarkeşlərinin “Barselona” ilə “Kamp Nou”da keçirilən son oyundakı davranışlarına görə cərimələyib. “Feyenoord”a ümumilikdə 74375 avro cərimə tətbiq olunub.
Bunun 25 min avrosu azarkeşlərin irqçi və ya diskriminasiya xarakterli davranışına, 26375 avro yad əşyaların meydana atılmasına, 10 min avro yolverilməz şüarların səsləndirilməsinə, 13 min avro isə vandalizmə görədi.
UEFA həmçinin “Feyenoord” azarkeşlərinin növbəti səfər oyununda bilet kvotasını rəqib stadionunun tutumunun 5 faizindən 3,75 faizinə endirib. Bundan başqa, kluba 30 gün ərzində azarkeşlərin vurduğu zərəri ödəmək tapşırılıb.
Niderland klubu sanksiya aldı
Dünya futbolu






