Neto 9 ildən sonra “Yuventus”a qayıdıb.
"Football-plus.az" xəbər verir ki, Turin klubu 37 yaşlı qapıçının transferini açıqlayıb. Tərəflər arasında müddəti 2027-ci il iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Neto 2015-17-ci illərdə də “Yuventus”da çıxış edib. İki mövsüm ərzində 22 oyunda meydana çıxıb və komanda ilə 2 dəfə İtaliya çempionu olub, 2 dəfə İtaliya kubokunu, 1 dəfə isə İtaliya superkubokunu qazanıb.
“Arsenal” və “Barselona”nın da formasını geymiş qapıçının sonuncu klubu “Botafoqo” olub. Neto yayda Rio de Janeyro klubunu azad agent kimi tərk etmişdi. ildən sonra “Yuventus”a qayıdıb.
Turin klubu 37 yaşlı qapıçının transferini açıqlayıb. Tərəflər arasında müddəti 2027-ci il iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Neto 2015-17-ci illərdə də “Yuventus”da çıxış edib. İki mövsüm ərzində 22 oyunda meydana çıxıb və komanda ilə 2 dəfə İtaliya çempionu olub, 2 dəfə İtaliya kubokunu, 1 dəfə isə İtaliya superkubokunu qazanıb.
“Arsenal” və “Barselona”nın da formasını geymiş qapıçının sonuncu klubu “Botafoqo” olub. Neto yayda Rio de Janeyro klubunu azad agent kimi tərk etmişdi.
9 ildən sonra Turinə qayıtdı
Dünya futbolu





