“Qarabağ” və “Neftçi”nin futbolçuları İslandiyaya qarşı oynadılar

17.11.2024 12:15 293
Dünya futbolu
"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun çıxış etdiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, komanda 5-ci turda İslandiyanı qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yankoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, matçın 58-ci dəqiqəsində sarı vərəqə alıb. Edvin Kuç isə 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 5 turdan sonra Monteneqro millisinin xalı yoxdur. İslandiya isə 7 xalla ikincidi. Qrupa 11 xalla Türkiyə yığması liderlik edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul