Qol vurdu, zədələndi və yığmanı tərk etdi

28.09.2026 15:57 18
Dünya futbolu
Kilian Mbappe üçün Türkiyə ilə oyun ikili hisslərlə yadda qalıb.

"Football-plus.az" xəbər verir ki, onun Millətlər Liqasının oyununda vurduğu yeganə qol Fransa yığmasına qələbə qazandırıb. “Real”ın hücumçusu sol dizindən zədə aldığı üçün ikinci hissədə əvəzlənib. Baş məşqçi Zinəddin Zidan matçdan sonra Kilianın səhhəti ilə risk etməyəcəyini, futbolçunun klubunun düşərgəsinə qayıdacağını deyib.

Yeri gəlmişkən, 27 yaşlı Mbappe bu mövsüm İspaniya klubunun heyətində meydana çıxdığı 8 oyunda 8 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.