“Mançester Siti”nin sahibi və rəhbərliyi istefa tələbi ilə üzləşə bilər.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik İngiltərə klubunun maliyyə pozuntuları ilə bağlı 115 ittihamın 114-ü üzrə təqsirli bilinib.
Məlumata görə, belə bir radikal addım hökumət nəzdində fəaliyyət göstərən Müstəqil Futbol Tənzimləmə Orqanının (IFR) məhkəmə qərarında klub rəhbərliyinin müəyyən edilmiş tələblərə uyğun hesab etməyəcəyi halda tətbiq oluna bilər. Bu halda tənzimləyici qurum birbaşa tədbir görə və ya İngiltərə Premyer-Liqasını klub rəhbərliyi ilə bağlı genişmiqyaslı araşdırma aparmağa məcbur edə bilər.
Qeyd edək ki, IFR ötən ilin sentyabrında premier-liqa klublarının sahibləri və direktorları üçün yenilənmiş uyğunluq testini rəsmi şəkildə təsdiqləyib.
MS rəhbərliyi istefaya yollanacaq?
Dünya futbolu






