Erlinq Holann, belə desək, jurnalistlərdən qorunacaq.
"Football-plus.az" xəbər verir ki, Norveç Futbol Federasiyası milli komandanın hücumçusunu Millətlər Liqasının Portuqaliya ilə senyyabrın 27-də keçiriləcək oyunundan əvvəlki mətbuat konfransına çıxarmamaq qərarına gəlib. Futbol qurumunun rəhbərliyi bu addımı Erlinqə “Mançester Siti”dəki vəziyyətlə bağlı sualların verilməsinin qarşısını almaq üçün atıb. Mətbuat konfransında 26 yaşlı hücumçunu Andreas Şelderup əvəz edəcək.
Qeyd edək ki, “The Athletic”in məlumatına görə, “Mançester Siti” İngiltərə Premyer-Liqasının maliyyə qaydalarını pozmaqda ittiham olunduğu 115 bənddən 114-ü üzrə təqsirli bilinib. İttihamlar klubun 2009-2018-ci illərdəki fəaliyyətini əhatə edir.
Holann ilə bağlı xüsusi qərar
Dünya futbolu






