Maktominey məşqlərə başladı!

27.09.2026 23:43 90
Dünya futbolu
Skott Maktomineyin son durumu ilə bağlı xoş xəbər yayılıb. Buna sevinməmək olmaz!

“Napoli”nin yarımmüdafiəçisi ürək problemi ilə bağlı tibbi prosedurdan sonra məşqlərə qayıdıb. 29 yaşlı futbolçu klubun bazasında fərdi məşq edib. O, hələ komanda ilə ümumi məşqlərə qoşulmayıb.

Maktominey məlum səbəbdən “İnter”, “Bolonya” və “Fiorentina” ilə oyunları buraxıb. Şotlandiyalı futbolçunun A seriyasında oktyabrın 10-da “Frozinone” ilə keçiriləcək matçda meydana qayıtması gözlənilir.

Qeyd edək ki, Skott bu mövsüm 2 oyunda iştirak edib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.