Ümumi qrupda məşqlərə başladı

17.10.2024 08:26 292
Dünya futbolu
Ris Ceyms ilə bağlı xoş xəbər yayılıb.

O, ümumi qrupda məşqlərə başlayıb. “Çelsi”nin müdafiəçisi bu mövsüm heç bir oyunda iştirak etməyib. 24 yaşlı futbolçu zədə sindromu üzündən son iki mövsümdə çox oyun buraxıb.

Ris premyer-liqanın ötən mövsümündə meydana çıxdığı 16 oyunda 1 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.

“Çelsi”ni çalışdıran Entso Mareska onun rəsmi matçda nə vaxt oynaya biləcəyi haqda sualı cavablamaqda çətinlik çəkib.