Skott 6 həftə “yatacaq”

8.09.2026 21:29 72
Dünya futbolu
“Napoli” ciddi itki ilə üzləşib. Komandanın aparıcı oyunçularından Skott Maktominey bir müddət futboldan kənarda qalacaq. Şotlandiyalı futbolçunun ürəyində problem aşkar edilib. O, yüngül xoşxassəli aritmiyaları düzəltmək üçün əməliyyat keçirəcək. Klubun yaydığı məlumatda Skottun əməliyyatdan sonra azı 6 həftə meydanda görünməyəcəyi bildirilib.
Maktominey “Napoli”də 2024-cü ildən çıxış edir. O, bu mövsüm A seriyasında 2 oyun keçirib.