Nasser Əl-Xelayfinin vəzifəsindən sui-istifadə edə biləcəyi şübhə doğurur. Paris prokurorluğu PSJ-nin prezidenti ilə bağlı ilkin araşdırmaya başlayıb.
“FootMercato”nun yaydığı xəbərə görə, araşdırma “Anticor” təşkilatının müraciətindən sonra Paris prokurorluğunun maliyyə antikorrupsiya bölməsinə yönləndirilib. Əl-Xelayfi 2024-cü ilin yayında eyni vaxtda PSJ-yə rəhbərlik edib, “beIN Media Group”un prezidenti olub və Fransa Peşəkar Futbol Liqasının (LFP) direktorlar şurasında yer alıb.
“Anticor” hesab edir ki, bu vəzifələrin eyni şəxs tərəfindən tutulması Əl-Xelayfinin Fransa çempionatının televiziya yayın hüquqlarının satışı ilə bağlı danışıqlar zamanı mümkün maraqlar toqquşmasına və “beIN Media Group”un maraqlarına təsir göstərməsinə şərait yarada bilərdi. Təşkilat məsələ ilə bağlı müraciətini martın 3-də Paris prokurorluğuna təqdim edib. Hazırda isə iş üzrə ilkin araşdırma mərhələsinə keçilib.
Əl-Xelayfi ilə bağlı araşdırma aparılır
Dünya futbolu






