PSJ-də mövsümün sonunda növbəti məşqçi dəyişikliyi gözlənilir. Rəhbərlik artıq bu planda addımlar atır.
Football-plus.az xəbər verir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo bir neçə aydan sonra PSJ-nin başına keçə bilər. Bu barədə “Foot Mercato” məlumat yayıb.
Paris klubunun idman direktoru Luis Kampuş 60 yaşlı mütəxəssislə mümkün keçidi müzakirə edib. Daha əvvəl PSJ-nin bəzi futbolçularının hazırkı çalışdırıcısı Kristof Qaltyenin futbol savadından və məşqçiliyindən şübhələndiyi və ondan narazı qaldıqları bildirilirdi. Bunu nəzərə alan rəhbərlik vəziyyət pisləşəcəyi halda alternativ variant fikirləşib. Bu varant isə məhz Mourinyo ilə bağlıdı. Kampuş portuqaliyalı mütəxəssisin böyük pərəstişkarıdı. Onların yaxşı münasibəti var.
Hələlik PSJ ilə “Roma” arasında danışıqlar başlamayıb. Lakin Fransa klubunun prezidenti Nasser Əl-Xelayfi ilə “Roma”nın sahibi Den Fridkin arasında isti münasibətlərin olması məlum mövzuda təmasların tezliklə başlamasına şərait yarada bilər. Qeyd edək ki, Mourinyo “Roma”nı 2021-ci ildən çalışdırır. O, İtaliya klubuna müqavilə ilə 2024-cü ilin yayına qədər bağlıdı.