Batrakovun müqaviləsində satış məbləği varmı?
Dünya futbolu
''Qalatasaray''ın yeni transfer Aleksey Batrakov üçün Rusiyadan yeni açıqlama gəlib. Gənc ulduzun meneceri Vladimir Kuzmiçev yerli mətbuata açıqlamasında onun müqaviləsində satış məbləğinin olub-olmaması haqda suala cavab verib. Türkiyə mətbuatında müqavilədə 55 milyon avroluq satış məbləğinin olması barədə iddialar var. Kuzmiçev bunları deyib: ''Konkret məbləğ açıqlamayacam. Amma həqiqətən də müqavilədə sərbəstqalma maddəsi mövcuddu. Bu maddə Türkiyə klublarına qarşı keçərli deyil. Yalnız Avropa klubları üçün keçərlidi. Müqavilədə belə bir maddənin olması hər iki tərəfin xeyrinədi. ''Qalatasaray'' gələcəkdə onun satışından yaxşı gəlir əldə edə bilər. Batrakov özü isə danışıqlar zamanı bunu əlində bir bayraq kimi istifadə edə bilər. Türkiyədə illik 3,2 milyon avro qazanacaq və bu pullar onu dəyişməyəcək. Zatən burda çıxış edərkən də Rusiya standartlarına görə çox yaxşı şərtləri olan bir müqaviləyə imza atmışdı. Həmin müqavilədən sonra hər kəsin onunla bağlı şübhələri var idi. Ancaq bu pullar insan kimi onu dəyişdirmədi. Ağlı başında olan bir insan kimi o pulları xərcləyir''.






