"Azərbaycan bacarıqlı komandadı" - Litva yığmasının üzvü millimizə tərif yağırdı

26.09.2026 23:19 108
Ölkə futbolu / Manşet
Litva sabah Millətlər Liqasının D Liqasında millimizi qəbul edəcək.

"Football-plus.az"ın "lrt.lt" saytına istinadla xəbər verir ki, meydan sahiblərinin yarımmüdafiəçisi Gvidas Gineytis qarşıdan gələn matç haqda fikirlərini bölüşüb:

"Biz həmişə qalib gələ bilməyən komandayıq. Bu səbəbdən, hər qələbə komandamıza irəliləmək üçün əlavə motivasiya və enerji verir. İnanırıq ki, bu müsbət emosiya Azərbaycanla oyunda da özünü göstərəcək. Lixtenşteynlə görüş yüksək hazırlıq tələb edirdi. İlk hissədə daha çox çalışmalı olduq. Amma ikinci yarıda, dəqiqi, qolları vurduqdan sonra növbəti matç üçün bir az enerji topladıq. Düşünürəm ki, sabah müsbət nəticə qazanacağıq. Azərbaycan bacarıqlı komandadı. Fiziki cəhətdən güclüdülər. Rəqibin təkbətək sınaqlarda uğurla mübarizə apara bilən oyunçuları var. Azərbaycanın güclü tərəflərini təhlil etmişik və zəif cəhətlərini də öyrənmişik. Sabah bundan istifadə etməyə çalışacağıq".

Maraq üçün qeyd edək ki, Gineytis Litvanın Lixtenşteynə qarşı keçirdiyi oyunda start heyətində yer alıb və sonadək oynayıb. Futbolçu A Seriyasında iştirak edən "Torino"nun şərəfini qoruyur. Yarımmüdafiəçi Litva Futbol Federasiyası tərəfindən Litvanın ən yaxşı gənc futbolçusu seçilib. 22 yaşlı Gineytis Millətlər Liqasında qol vuran ən gənc litvalı kimi tarixə düşüb.

KƏNAN BAHADIR