"Qarabağ"ın maraqlandığı futbolçu zədələndi - millimizə qarşı oynaya bilməyəcək

26.09.2026 22:39 54
Ölkə futbolu / Manşet
Sabah Millətlər Liqasının D Liqasında millimizi qəbul edəcək Litva əsas oyunçularından birini itirib.

"Football-plus.az" xəbər verir ki, Piyus Şirvis zədələnib. Bu barədə Litva Futbol Federasiyası məlumat yayıb. Qurum sağ cinah müdafiəçisinin bu səbəbdən Azərbaycana qarşı görüşdə iştirak etməyəcəyini açıqlayıb.

Maraq üçün bildirək ki, Şirvis yığmasının səfərdə Lixtenşteyni 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada start heyətində yer alıb və 61 dəqiqə top qovub.

Şirvis Sloveniya "Selye"sinin üzvüdü. Bir müddət əvvəl onun "Qarabağ"a keçəcəyi haqda iddialar yayılmışdı.

KƏNAN BAHADIR