Barışmaz rəqiblər bir-birinə salam verməyəcəklər

27.09.2026 17:54 27
Dünya futbolu
İrlandiya və İsrail milli komandaları Millətlər Liqasında keçirəcəkləri oyunlardan sonra bir-biri ilə forma dəyişməyəcək.

"Football-plus.az" xəbər verir ki, bu qərarın iki ölkənin futbol federasiyaları arasındakı fikir ayrılığı ilə bağlı olduğu bildirilir. Həmçinin matlardan əvvəl İrlandiya və İsrail yığmalarının baş məşqçilərinin bir-birinin əlini sıxmayacağı gözlənilir.

Qrup mərhələsində bu komandalar arasında iki oyun keçiriləcək. İlk görüş sentyabrın 27-də Serbiyada azarkeşlərin iştirakı olmadan baş tutacaq. İkinci matç isə oktyabrın 4-də Macarıstanda keçiriləcək və bu oyunda İrlandiya azarkeşlərinin stadionda olması qadağan ediləcək.