"Football-plus.az" xəbər verir ki, millimizin futbolçusu Mahir Emreli matçdan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Hücumçu rəqibi dəyərləndirərək komandanın hazırlıq prosesindən danışıb:
“Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq”.
Litva - Azərbaycan görüşü sabah keçiriləcək və Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.






