Millətlər Liqası çərçivəsində Kocaelidə keçirilən Türkiyə - Fransa oyunu ilə bağlı maraqlı bir iddia gündəmə gəlmişdi.
Oyundan öncə fransızların superulduzu Kilian Mbappenin sevgilisi Ester Ekspositonun da Kocaeliyə gələrək matçı tribunadan təqib edəcəyi haqda xəbərlər yayılmışdı. Sevgilisi Mbappeni bir sıra matçlarda tribunadan izlədiyinə görə düşünmək olardı ki, burda qeyri-adi bir şey yoxdu və onun Türkiyəyə gəlişi də təbii bir hadisə kimi qarşılanacaq.
Oyun başlamaq üzrə olan dəqiqələrdə isə sosial şəbəkələrdə çox maraqlı bir şəkil yayıldı. Həmin şəkildə Ester Ekspositonun VIP-lojada əyləşdiyi görülür. Qarşısında isə ''Fənərbaxça''nın sabiq prezidenti Əli Koç yer alıb. İldırım sürəti ilə yayılan bu şəkilə əsasən hamı elə qənaətə gəldi ki, Mbappenin sevgilisi də tribunadadı. Amma diqqətli türkiyəli həmkarlarımızın araşdırmasından sonra şəkilin real olmadığı üzə çıxıb. 26 yaşlı ispaniyalı aktrisa və model Türkiyəyə gəlməyibmiş. Şəkil isə süni intellektlə düzəldilib. Sadəcə real görünməsi üçün ora Əli Koçun da şəkili əlavə olunub.
Xatırladaq ki, oyunda yeganə qolu məhz Mbappe vurdu. Amma Zinəddin Zidanın debüt oyununda Fransaya qələbə qazandıran Mbappe qol anında zədə aldığı üçün dərhal sonra əvəzləndi.
Mbappenin sevgilisinin Əli Koçun yanındakı şəkili süni intellektlə düzəldilibmiş!
Dünya futbolu





