"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionu 1/4 finalda Macarıstanın "The Private Rooftop" klubu ilə üz-üzə gəlib.
Matçın əsas vaxtı 0:0 hesabı ilə bitib. Penaltilər seriyasında isə rəqib daha dəqiq olub - 2:0.
Bununla sonuncu təmsilçimiz də İspaniyanın Kambrils şəhərində təşkil olunan turniri erkən başa vurub.
Daha əvvəl "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
Ölkə futbolu






