“Aznur” minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində mübarizəni dayandırıb.
"Football-plus.az" xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda F qrupunda son oyununu Macarıstanın “The Private Rooftop” kollektivinə qarşı keçirib.
“Aznur” bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinin qollarını Elməddin Hüseynzadə (7), Mirkamil Əliyev (11), Mehdi Rəsulov (14) və Pərviz Qaraxanov (33) vurublar.
“Aznur” ilk iki oyununda Polşanın “Sokil” komandasına 0:2, İngiltərənin “Bukovina Badeuti” kollektivinə isə 2:3 hesabı ilə məğlub olub.
“Aznur” Çempionlar Liqasında mübarizəni dayandırdı
Ölkə futbolu






