“Birbaşa Bakı” və “Zirə” mübarizəyə başlayır - ÇL

25.09.2026 10:00 27
İdman
“Birbaşa Bakı” və “Zirə” bu gün İspaniyanın Kambrils şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar.

"Football-plus.az" xəbər verir ki, “Birbaşa Bakı” bu mərhələdə İngiltərənin “Bukovina Badeuti” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

“Zirə” isə Monteneqronun “Sbbet” kollektivi ilə üz-üzə gələcək. Bu qarşılaşmanın startı saat 16:00-a təsadüf edəcək.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən digər komanda “Aznur” qrup mərhələsini keçə bilməyərək turnirdə mübarizəni dayandırıb.