“Zirə” minifutbol üzrə Çempionlar Liqasında 1/8 final oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz bu raundda Monteneqronun “Sbbet” komandası ilə üz-üzə gəlib.
Əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın qalibi penaltilər seriyasından sonra dəqiqləşib. Burda uğurlu olan “Zirə” adını 1/4 finala yazdırıb. Rəqib hələlik məlum deyil.
Digər komandalarımız “Birbaşa Bakı” 1/8 finalda, “Aznur” isə qrup mərhələsində mübarizəni dayandırıb.
"Zirə" 1/4 finalda - ÇL
Ölkə futbolu






