Afrikaya etimad göstərdilər

25.09.2026 20:42 18
İdman
Atletika üzrə dünya çempionatlarının 2029 və 2031-ci illərdə keçiriləcəyi şəhərlər müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, dünya Atletikası Şurasının Budapeştdə keçirilən 242-ci iclasında 2029-cu il dünya çempionatının Keniyanın paytaxtı Nayrobiyə, 2031-ci il yarışının isə Almaniyanın Münhen şəhərinə verilməsi barədə qərar qəbul olunub.

Bununla da 2029-cu ildə atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrika qitəsində təşkil ediləcək. Nayrobi daha əvvəl 2017-ci ildə U-18, 2021-ci ildə isə U-20 dünya çempionatına evsahibliyi edib. 2029-cu ilin yarışları yenilənən “Kasarani” stadionunda keçiriləcək.

2031-ci ildə dünya çempionatı Münhendəki Olimpiya Stadionunda təşkil olunacaq. Bununla yarış 2009-cu ildə Berlində keçirilən dünya çempionatından sonra ilk dəfə Almaniyaya qayıdacaq. Ümumilikdə Almaniya mundiala üçüncü dəfə evsahibliyi edəcək.

Dünya Atletikasının prezidenti Sebastian Kou bildirib ki, hər iki şəhərin namizədliyi güclü olub və Nayrobidə çempionatın keçirilməsi Afrika atletikası üçün tarixi hadisədi.

Qeyd edək ki, atletika üzrə növbəti dünya çempionatı gələn il sentyabrın 10-19-u aralığında Pekində keçiriləcək.