Mundialla bağlı vacib qərar

10.05.2025 14:53 11
Dünya futbolu
Qadınlar arasında dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb.

"Football-plus.az" xəbər verir ki, qərarı FİFA Şurası qəbul edib.

Ali futbol qurumunun mətbuat xidmətinin yaydığı məlumata görə, 48 komandanın iştirak edəcəyi dünya çempionatı 2031-ci ildə Şimali Amerikada keçiriləcək. 2027-ci ildə Braziliyada təşkil olunacaq yarışda isə əvvəlki kimi 32 yığma iştirak edəcək.

2031-ci ildəki turnirdə 12 qrup olacaq ki, bu da oyunların ümumi sayının 64-dən 104-ə yüksələcəyi deməkdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul