TNS yeni reytinq hazırladı

26.09.2026 10:31 90
İdman
TSN nəşri 2026/27 mövsümünün startı ərəfəsində MHL-in ən yaxşı oyunçularının reytinqini hazırlayıb.

"Football-plus.az" xəbər verir ki, reytinqin ilk pilləsində ardıcıl 10-cu dəfə “Edmonton”un forvardı Konnor Makdevid qərarlaşıb. 20 respondentdən 19-u birinci pilləyə onu qoyub. Daha bir respondent isə “Tampa-Bey”in rusiyalı ulduzu Nikita Kuçerovu hamıdan yaxşı sayır. TNS-in reytinqində 2-ci yeri Neytan Makkinnon, 3-cü yeri isə Maklin Seleberini tutub.

2026/27 mövsümü ərəfəsində MHL-in 10 ən yaxşı oyunçusu (TSN-in versiyası): Konnor Makdevid (Edmonton), Neytan Makkinnon (Kolorado), Maklin Selebrini (San-Xose), Nikita Kuçerov (Tampa-Bey), Keyl Makar (Kolorado), Leon Drayzaytl (Edmonton), Kuinn Hyuz (Minnesota), David Pastrnyak (Boston), Zak Verenski (Kolambus), Aleksandr Barkov (Florida).