"Qarabağ" - "Ayaks" oyununa neçə bilet satılıb?

18.10.2024 15:14 418
Ölkə futbolu
Avropa Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, matç üçün artıq 18 min 500 ədəd bilet satılıb. Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Oktyabrın 24-ü saat 20.45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.

Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20.45-də başlayacaq.