La Liqada ilk dəfə birinci oldu

15.09.2024 11:48 131
Dünya futbolu
İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu ada “Barselona”nın vingeri Rafinya layiq görülüb. 27 yaşlı futbolçu ötən ay İspaniya çempionatında 4 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barselona”da 2022-ci ilin yayından çıxış edən Rafinya ilk dəfə La Liqada ayın futbolçusu seçilib.