“Şamaxı”da ciddi itki! – Boualinin halı...

22.09.2026 22:10 27
Ölkə futbolu / Manşet
Sentyabrın 20-də bu mövsüm doğma meydanda ilk oyununu keçirən “Şamaxı” ciddi itki üzləşib. 6-cı turda “Araz-Naxçıvan”ı qəbul edən “şirlər” yayda heyətinə qatdığı Ayman Boualinin xidmətindən məhrum idi.

“Football-plus.az”ın bu mövsüm keçirdiyi 5 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçudan əldə etdiyi məlumata görə, matçdan bir gün öncə keçirilən məşqdə zədə alıb. Hələ həmin gün mətbuat konfransından sonra Azər Bağırovdan Bouali ilə bağlı məlumat almağa çalışmışdıq. Mütəxəssis Aymanın kiçik zədə aldığını, daha dəqiq məlumatı sentyabrın 22-də əldə edə biləcəyimizi söyləmişdi.

Bu səbəbdən klubun mətbuat katibi Yusif Hüseynovla əlaqə saxladıq. Aldığımız məlumata görə, bu gün futbolçunun durumuna aydınlıq gəlib. MRT-dən keçən mərakeşli hücumçunun əzələsini dartdığı məlum olub. Zədəsi ciddi deyil. Növbəti matça qədər məşqlərə çıxa biləcək.

Qeyd edək ki, "Şamaxı" oktyabrın 10-da "Zirə"nin qonağı olacaq.

İSRAYIL XEYRULLAYEV