Sabah Azərbaycan və Tacikistan milliləri arasında “Palms Sports Arena”da yoldaşlıq görüşü keçiriləcək.
Bu gün yığmanın baş məşqçisi Ayxan Abbasovun keçirdiyi mətbuat konfransında müdafiəçi Rəhman Daşdəmirov da sualları cavabladı.
- Rəqib yaxşı komandadı. Özümüzə inanırıq. Qələbə qazanmaq istəyirik.
- Çempionlar Liqasını görəndən sonra özünüzdə bir fərq hiss edirsiz?
- Mənim üçün fərqi yoxdu. Hər oyuna eyni şəkildə hazırlaşıram. Əlimdən gələni etməyə çalışıram.
- Qrupumuzdakı rəqiblər haqda nə deyə bilərsən?
- Əsas sabahkı oyuna köklənmişik. Digər rəqiblərə də qalib gəlmək istəyirik.
- Litva yığmasının baş məşqçisi Valdas Dambrauskas barədə danışdı, ondan milli haqda kömək alacaqlarını söylədi. Nə düşünürsüz?
- O barədə söhbətimiz olub. Döyüşkən olduğumuzu deyə bilər.
İSRAYIL XEYRULLAYEV
“Digər rəqiblərə də qalib gəlmək istəyirik” - Rəhman Daşdəmirov
Ölkə futbolu / Manşet






