Bu yay “Neftçi”dən Cənubi Kiprin “Pafos” klubuna keçən Murad Məmmədov zədə səbəbindən komandasının son oyunlarını buraxıb.
Legioner həyatı yaşayan istedadlı yarımmüdafiəçi sonuncu dəfə avqustun 13-də Avropa Liqasının 3-cü təsnifat mərhələsində - “Zaltsburq”la qarşılaşmada meydana çıxıb. 8 dəqiqə forma geyən futbolçu həmin qısa müddətdə qol vurmağa da imkan tapıb. Lakin görüşdən sonra əməliyyat olunan Məmmədov növbəti matçlarda iştirak edə bilməyib. Yığmanın iki gün əvvəl açıqlanan heyətində də gənc futbolçunun adına rast gəlinməyib. Bəs onun son durumu necədi?
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Murad Məmmədov hələ də tam bərpa olunmayıb, qarşıdakı iki həftə ərzində müalicəsi davam edəcək. Məhz bu səbəbdən milli komandaya da dəvət almayıb. Hazırda yüngül fərdi məşqlərə başlayan Məmmədov həkim nəzarətindədi.
İSRAYIL XEYRULLAYEV
Murad Məmmədov hardadı? – hələ iki həftə də...
Ölkə futbolu / Manşet






