Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi

26.05.2026 11:38 32
Ölkə futbolu
"Neftçi"nin futbolçusu Murad Məmmədov Cənubi Kiprin "Pafos" klubuna keçib.

"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan 20 yaşlı futbolçu bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 millimizin heyətində 10 matçda 1 qola imza atıb.