Açıq demək lazımdı ki, püşk həyəcan və qorxudan başqa azərbaycanlı futbolsevərlərə hansısa hiss bəxş etmədi. Bəs “Sabah” sonda neçə xal toplaya, hansı rəqiblərdən xal ala bilər?
“Football-plus.az” Erkin İbrahimovun püşkə reaksiyasını öyrənib:
“Futbolda artıq proqnoz vermək çətindi. Sanki futbol artıq hokkeyə bənzəyir. Görürsən ki, “Seltik” evdə LASK-ı darmadağın edir, amma səfərdə bir ətək qol buraxır. Eyni ssenarinin “Sabah”ın son oyununda da şahidi olduq. Ona görə də bu barədə nəsə demək çətindi.
İngiltərə klubları premyer-liqaya daha çox önəm verirlər. Bu səbəbdən “Mançester Yunayted” və “Arsenal”ın “Sabah”la oyunlardan əvvəl və sonra yerli çempionatda hansı rəqiblərlə qarşılaşacağı nəticəyə təsir edə bilər. Böyük ehtimalla, həmin qarşılaşmalara görə “Sabah”la matçda ikinci heyətlə meydana çıxacaqlar. Düşünürəm ki, “Sabah” favoritlərdən xal ala bilər. Pley-off mərhələsinə vəsiqə qazanmaq çətin görünsə də, komanda sensasiyaya imza ata bilər”.

İSRAYIL XEYRULLAYEV